Ev Hərbi XəbərlərBəhreyn: bütün hərbi birliklər yüksək hazırlıq vəziyyətindədir

Bəhreyn: bütün hərbi birliklər yüksək hazırlıq vəziyyətindədir

by Baş Redaktor
33 Baxış

Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən həyata keçirildiyi iddia olunan hücumlara cavab verdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, sistemlər bəzi raket və pilotsuz uçuş aparatlarını izləyərək zərərsizləşdirib.

Açıqlamada iddia olunur ki, İran mülki əhalini hədəfə alan raket və dron hücumlarını davam etdirir və bu, “düşmən və təşkilatlanmış yanaşma” kimi qiymətləndirilir.

banner

Bəyanatda həmçinin qeyd olunur ki, Bəhreyn Silahlı Qüvvələrinin bütün bölmələri yüksək döyüş hazırlığı vəziyyətindədir və ölkənin müdafiəsi üçün tam hazırdır. Bundan başqa, mülki obyektlərin hədəfə alınması beynəlxalq humanitar hüququn açıq pozuntusu kimi dəyərləndirilib.

Əlaqəli Yazılar Xüsusi