Vyaçeslav Volodin növbəti çağırışda da Rusiya Dövlət Dumasının sədri vəzifəsini tutacaq.
Army.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Nəşrin parlamentdəki mənbələrindən birinin sözlərinə görə, Volodinin spiker postunda qalması ilə bağlı qərar artıq qəbul edilib. Bununla belə, mənbə xatırladıb ki, bu səviyyədə olan təyinatlarla bağlı son qərarı yalnız Rusiya Prezidenti verir.
Dövlət Dumasındakı digər iki mənbə isə qeyd edib ki, qərar hətta parlamentin ilk plenar iclasına qədər dəyişdirilə bilər.
Məlumata əsasən, Volodin aşağı palatanın yeni tərkibinin formalaşdırılması ilə bağlı aparılan müzakirələrdə də fəal iştirak edib. Mənbələr bildirirlər ki, yeni çağırış parlamentə onun rəhbərlik etməsi gözlənildiyindən, müzakirələr zamanı Volodinin mövqeyinin nəzərə alınması vacib sayılır.
