Ev DünyaÖzdağ: “PKK və Öcalanla bağlı razılaşmalar aparıldığını görürük”

Özdağ: “PKK və Öcalanla bağlı razılaşmalar aparıldığını görürük”

by Baş Redaktor
48 Baxış

Türkiyənin müxalif “Zəfər” Partiyasının sədri Ümit Özdağ hakimiyyətin PKK terror təşkilatı və onun həbsdə olan lideri Abdullah Öcalanla bağlı siyasətini tənqid edib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Özdağ iddia edib ki, tərəflər arasında aparılan proses çərçivəsində PKK-ya faktiki olaraq əfv verilib, Öcalanın isə İmralı həbsxanasındakı saxlanma şəraiti dəyişdirilərək villaya köçürüldüyü bildirilir. O, həmçinin Öcalanın artıq məhbus kimi deyil, komissiya üzvü kimi fəaliyyət göstərdiyini irəli sürüb.

Partiya rəhbərinin sözlərinə görə, prosesin əvvəlində Türkiyə ictimaiyyətinə PKK-nın silahı yerə qoyacağı və təşkilatın özünü ləğv edəcəyi barədə məlumat verilmişdi. Özdağ isə hazırda baş verənləri həmin vədlərlə ziddiyyət təşkil edən vəziyyət kimi qiymətləndirib.

banner

O, suriyalı qaçqınların ölkələrinə qayıdışı ilə bağlı vədləri də xatırladaraq, hakimiyyətin bu məsələdə olduğu kimi, PKK və Öcalanla bağlı prosesdə də fərqli razılaşmalara getdiyini iddia edib.

Əlaqəli Yazılar Xüsusi