Ev Hərbi TexnologiyaRusiyada böyük plan: yeni nəsil “Soyuz-5” geri dönür

Rusiyada böyük plan: yeni nəsil “Soyuz-5” geri dönür

by Baş Redaktor
27 Baxış

“Soyuz-5” orta-ağır sinif raketinin növbəti sınaq uçuşu 2027-ci ilin ikinci yarısında həyata keçiriləcək.

Army.az xəbər verir ki, bu barədə Roskosmos rəhbəri Dmitri Bakanov məlumat yayıb.

Onun sözlərinə görə, layihə çərçivəsində ümumilikdə üç uçuş sınağı planlaşdırılıb. İlk sınaq 30 apreldə uğurla baş tutub, ikinci uçuş 2027-ci ilə, üçüncü isə 2028-ci ilə nəzərdə tutulub.

Soyuz-5 raketinin “Soyuz-2” və “Angara-A5” arasında yerləşən orta-ağır sinif daşıyıcı kimi çıxış edəcəyi bildirilir.

banner

Layihə ilə bağlı açıqlamalarda vurğulanıb ki, “Soyuz-5” iki pilləli konstruksiyaya malikdir və təxminən 530 ton start kütləsinə, 61,87 metr uzunluğa və 4,1 metr diametrə sahibdir. Birinci pillədə RD-171MV, ikinci pillədə isə RD-0124MS mühərriklərindən istifadə olunur.

Raketin yanacaq sistemi maye oksigen və naftil əsaslıdır. Onun aşağı Yer orbitinə çıxara biləcəyi faydalı yükün təxminən 18 ton olduğu bildirilir.

Əlaqəli Yazılar Xüsusi