Ev Hərbi XəbərlərQəzzada diqqətçəkən dönüş: Silahların təhvili gözlənilir

Qəzzada diqqətçəkən dönüş: Silahların təhvili gözlənilir

by Baş Redaktor
30 Baxış

HƏMAS-a tabe olan polis qüvvələrinin yaxın iki həftə ərzində Qəzzadakı müvəqqəti hakimiyyət orqanlarına silah təhvil verməyə başlayacağı bildirilir.

Army.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.

Mənbələrin sözlərinə görə, bu qiymətləndirmə ABŞ administrasiyası və onun təşəbbüsü ilə yaradıldığı bildirilən “Sülh Şurası” nümayəndələrinin mövqeyinə əsaslanır.

Bildirilir ki, Vaşinqton Qəzza ilə bağlı sülh razılaşmasının ikinci mərhələsinin yaxın vaxtlarda həyata keçiriləcəyinə nikbin yanaşır. Lakin bu mərhələnin yalnız HƏMAS-ın nəzarətində olan polis bölmələrinə aid olduğu vurğulanır.

banner

Əlaqəli Yazılar Xüsusi