Ev DünyaTürkiyənin yeni milyardlıq startapı bəlli oldu

Türkiyənin yeni milyardlıq startapı bəlli oldu

by Baş Redaktor
148 Baxış

Türkiyədə bazar dəyəri 1 milyard dolları keçən startapların, başqa sözlə “Turcorn” və ya “Unicorn”ların sayı 8-ə çatıb.

Army.az xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin açıqlamasına görə, ölkənin beynəlxalq arenada fəaliyyət göstərən süni intellekt şirkətlərindən biri böyük həcmli xarici investisiya cəlb etməklə yeni milyardlıq texnologiya brendinə çevrilib.

İzmirdə fəaliyyət göstərən “HubX” şirkəti ABŞ-ın “Point72 Private Investments” investisiya fondu ilə təxminən 75 milyon dollarlıq investisiya barədə razılığa gəlib.

Bu investisiya razılaşması “HubX”in Türkiyənin milyard dollar dəyərinə çatan startapları sırasına qoşulmasına imkan verib və ölkənin “Unicorn”larının sayını 8-ə yüksəldib.

banner

Əlaqəli Yazılar Xüsusi