Ev Dünyaİran lideri Ermənistana səfər edəcək: Gündəliyində hansı məsələlər var?

İran lideri Ermənistana səfər edəcək: Gündəliyində hansı məsələlər var?

by Baş Redaktor
159 Baxış

İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana qısamüddətli səfər edəcək.

Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Səfər çərçivəsində Pezeşkian İrəvanda keçirilən BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasında (CBD COP17) iştirak edəcək.

Proqramda, həmçinin sammitə qatılan bir sıra ölkələrin liderləri ilə görüşlərin keçirilməsi, müxtəlif məsələlər ətrafında danışıqların aparılması və fikir mübadiləsi nəzərdə tutulub.

banner

Əlaqəli Yazılar Xüsusi