Ev DünyaAİ-dən Rusiyaya qarşı 22-ci sanksiya paketi: Fon der Leyen açıqladı

Aİ-dən Rusiyaya qarşı 22-ci sanksiya paketi: Fon der Leyen açıqladı

by Baş Redaktor
59 Baxış

Avropa İttifaqı Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən sülh danışıqlarına müsbət yanaşır. Bununla yanaşı, Brüssel Moskvaya qarşı növbəti sanksiya tədbirlərini hazırlayır.

Army.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen açıqlayıb.

Onun sözlərinə görə, Avropa tərəfinin danışıqlarda təmsil olunması həm Aİ-nin maraqlarının qorunması, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciəti baxımından əhəmiyyətlidir.

Fon der Leyen vurğulayıb ki, Avropa İttifaqı Ukraynaya həm sülh dövründə, həm də müharibə şəraitində dəstəyini davam etdirəcək.

banner

Avropa Komissiyasının rəhbəri, həmçinin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlandığını bildirib. Onun sözlərinə görə, qurum Ukraynanın 2027-ci il üzrə maliyyə ehtiyaclarının təmin edilməsi ilə bağlı da müvafiq təklif üzərində işləyir.

Əlaqəli Yazılar Xüsusi