Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük tədarükü həyata keçiriləcək.
Army.az xəbər verir ki, bu gün ümumi çəkisi 490 ton olan, Rusiya mənşəli buğda ilə yüklənmiş 7 vaqon Azərbaycandan tranzit keçərək Ermənistana yola salınacaq.
Qeyd edək ki, indiyədək bu marşrut vasitəsilə Rusiyadan Ermənistana 29 min tondan çox taxıl, 7 min tondan artıq gübrə, 414 ton antrasit (daş kömür növü), 133 ton alüminium və 68 ton qarabaşaq məhsulu çatdırılıb.