Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ və İran arasında əldə olunan razılaşmadan narazı qalan İsrailin Tehrandan qisas almağa çalışacağını iddia edib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ–İran sazişi ətrafında aparılan müzakirələrdən kənara çıxaraq görünən əsas nəticə odur ki, İran, ali rəhbər Əli Xameneinin öldürülməsi ilə bağlı təhdidlərə və raket zərbələrinə baxmayaraq, Vaşinqtonla qarşıdurmada məğlub olmayıb.
Medvedev hesab edir ki, bu vəziyyət İsraildə narazılıq yaradıb və Təl-Əviv gələcəkdə Tehrana qarşı cavab addımları atmağa cəhd göstərə bilər.
