Ev Hərbi XəbərlərNüvə bazalarına qarşı təhlükə: ABŞ müdafiəni gücləndirir

Nüvə bazalarına qarşı təhlükə: ABŞ müdafiəni gücləndirir

by Baş Redaktor
24 Baxış

ABŞ Hərbi Hava Qüvvələri ölkənin ən mühüm nüvə obyektlərindən birini pilotsuz uçuş aparatlarından qorumaq məqsədilə yeni nəsil antidron sistemləri əldə etməyə hazırlaşır.

Army.az xəbər verir ki, “Minot” Hərbi Hava Qüvvələri Bazasında yerləşən 91-ci Təhlükəsizlik Qüvvələri Qrupu üçün “Dronebuster Block 4” sistemlərinin satın alınması prosesinə başlanılıb.

ABŞ Hərbi Hava Qüvvələrinin 5-ci Müqavilələr Eskadrilyası tərəfindən iyunun 18-də dərc edilən tender elanında “DZYNE Technologies” tərəfindən hazırlanmış daşına bilən “Dronebuster Block 4” antidron sistemlərinin tədarükünün nəzərdə tutulduğu bildirilib.

Təkliflərin iyunun 26-dək təqdim edilməsi tələb olunub. Hərbi Hava Qüvvələri sözügedən ehtiyacı “əməliyyat zərurəti” kimi qiymətləndirərək, dron təhlükəsinə qarşı müdafiənin gücləndirilməsinin vacibliyini vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi