ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı açıqlama verərək, özünün və İsrailin Baş naziri Benyamin Netanyahunun rolunu vurğulayıb.
Army.az xəbər verir ki, Trampın sözlərinə görə, əgər o və Netanyahu olmasaydı, İran çoxdan nüvə silahı əldə etmiş və İsraili məhv etmiş olardı.
“Mən və Bibi (Benyamin Netanyahu – red.) olmasaydıq, İran artıq nüvə silahına sahib olardı və İsraili məhv edərdi”, – deyə ABŞ prezidenti bildirib.
Tramp, həmçinin Netanyahu ilə İran məsələsində müəyyən fikir ayrılıqlarının olduğunu da etiraf edib.
“Bəzi kiçik fikir ayrılıqlarımız var. Amma ümumilikdə mövqelərimiz bir-birinə çox yaxındır”, – deyə o əlavə edib.
