Ev Hərbi XəbərlərŞahbaz Şərif: “Dərhal dayanmaq lazımdır yoxsa…”

Şahbaz Şərif: “Dərhal dayanmaq lazımdır yoxsa…”

by Baş Redaktor
47 Baxış

Pakistanın Baş naziri Şahbaz Şərif BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bölgədəki qarşıdurmaların təhlükəli şəkildə genişləndiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Şərif xəbərdarlıq edib ki, Hörmüz və Babül-Məndəb boğazları “qarşıdurma boğazlarına” çevrilməməlidir.

Pakistan hökumətinin başçısı vurğulayıb ki, diplomatiyanın səsi “raketlərin, pilotsuz uçuş aparatlarının və silahların gurultusundan” daha yüksək eşidilməlidir.

banner

O, hər iki su yolunu qlobal iqtisadiyyatın “damarları” adlandıraraq, onların müharibə təhlükəsi deyil, iqtisadi inkişaf və rifah vədi daşımalı olduğunu qeyd edib.

Əlaqəli Yazılar Xüsusi