Ev Hərbi XəbərlərRusiyanın Sumıya hava hücumu: ölən və yaralananlar var

Rusiyanın Sumıya hava hücumu: ölən və yaralananlar var

by Baş Redaktor
48 Baxış

Rusiya ordusu Ukraynanın Sumı vilayətinə idarəolunan aviabombalarla hücum həyata keçirib. Hadisə nəticəsində azı 3 nəfər həlak olub, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Army.az xəbər verir ki, Ukrayna KİV-inin yaydığı məlumata əsasən, bunu Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov açıqlayıb.

Onun sözlərinə görə, Rusiya qüvvələri Sumı icmasının ərazisini altı idarəolunan aviabomba ilə hədəfə alıb. Bombalardan biri tibb müəssisələrinin yerləşdiyi və insanların, eləcə də nəqliyyatın intensiv hərəkət etdiyi əraziyə düşüb. İlkin məlumatlara görə, digər zərbələr isə infrastruktur obyektlərinə dəyib.

Əlaqəli Yazılar Xüsusi