Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 15-16-da Ukraynaya rəsmi səfər edəcək. Səfər çərçivəsində əsas müzakirə mövzuları Qara dənizdə təhlükəsizliyin təmin olunması, gəmiçiliyin maneəsiz fəaliyyəti və regiondakı vəziyyət olacaq.
Army.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin TASS-a verdiyi məlumata görə, Hakan Fidanın Ukraynada keçirəcəyi görüşlərdə Qara dənizdə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyi ön plana çıxarılacaq.
Nazirin danışıqlar zamanı müharibənin Qara dəniz akvatoriyasına yayılmamasının əhəmiyyətini vurğulayacağı, həmçinin naviqasiyanın təhlükəsizliyinin qorunması və bölgədə sabitliyin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparacağı bildirilib.