Polşa Ukraynaya yardım göstərməklə yalnız Kiyevi dəstəkləmir, eyni zamanda öz milli təhlükəsizliyini gücləndirir.
Army.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.
O bildirib ki, Varşavanın Ukraynaya dəstəyi ölkənin təhlükəsizlik strategiyasının mühüm hissəsidir:
“Polşa-Ukrayna münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir ayrılıqları müzakirə oluna bilər, lakin Rusiyaya qarşı müharibədə Ukraynanın dəstəklənməsinin Polşanın maraqlarına uyğun olduğu şübhə doğurmur. Bu siyasətin əsas məqsədi Polşa vətəndaşlarının təhlükəsizliyini qorumaqdır”.
Baş nazir Polşanın milli təhlükəsizliyinin bir neçə əsas istiqamətə söykəndiyini bildirib. Bunlara Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsi, Baltik dənizində təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın gücləndirilməsi və balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsi daxildir.
