Ev Hərbi XəbərlərSEPAH Trampın təhdidlərinə sərt reaksiya verdi

SEPAH Trampın təhdidlərinə sərt reaksiya verdi

by Baş Redaktor
11 Baxış

ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna qarşı mümkün zərbələrlə bağlı açıqlamalarının həyata keçiriləcəyi təqdirdə, Tehran ABŞ-ın Yaxın Şərqdəki obyektlərini hədəfə ala biləcəyini bildirib.

Army.az xəbər verir ki, “Fars” agentliyinin məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

SEPAH-ın açıqlamasında qeyd olunub ki, ABŞ tərəfindən İran ərazisinə və ya infrastrukturuna hücum ediləcəyi halda, İran Silahlı Qüvvələri bölgədəki ABŞ obyektlərinə qarşı genişmiqyaslı cavab tədbirləri həyata keçirəcək.

Bəyanatda vurğulanıb ki, İranın indiyədək nümayiş etdirdiyi təmkin qarşı tərəfin yanlış hesablamalarına səbəb olmamalıdır və mümkün hücuma sərt cavab veriləcək.

banner

Əlaqəli Yazılar Xüsusi