Ev Hərbi XəbərlərUkraynaya növbəti 12 ayda əlavə dəstək veriləcək – AÇIQLANDI

Ukraynaya növbəti 12 ayda əlavə dəstək veriləcək – AÇIQLANDI

by Baş Redaktor
8 Baxış

Avstraliya Ukraynanın silah və sursat tədarükünü dəstəkləmək məqsədilə əlavə 100 milyon Avstraliya dolları (təxminən 70 milyon ABŞ dolları) ayıracaq.

Army.az xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marlz məlumat verib.

Hökumətin açıqlamasına görə, vəsait NATO-nun dəstəyi ilə yaradılmış Prioritised Ukraine Requirements List (PURL) mexanizmi vasitəsilə Ukrayna üçün kritik əhəmiyyət daşıyan hərbi avadanlıqların alınmasına yönəldiləcək.

Riçard Marlz bildirib ki, növbəti 12 ay ərzində Avstraliya daha iki dəfə 50 milyon Avstraliya dolları həcmində maliyyə dəstəyi ayıracaq.

banner

Beləliklə, Kanberranın Ukraynaya ümumi yardımı 1,8 milyard Avstraliya dollarını (təxminən 1,26 milyard ABŞ dolları) ötəcək.

Əlaqəli Yazılar Xüsusi