Ev Hərbi XəbərlərKiyevə ballistik raket hücumu: 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Kiyevə ballistik raket hücumu: 1 nəfər ölüb, 8 nəfər yaralanıb

by Baş Redaktor
72 Baxış

Kiyevdə gecə saatlarında baş verən ballistik raket hücumu nəticəsində 8 nəfər xəsarət alıb, bir nəfər isə həyatını itirib.

Army.az xəbər verir ki, bu barədə ASTRA nəşri Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, oktyabrın 19-na keçən gecə paytaxtın azı üç rayonunda zərbələrin fəsadları qeydə alınıb.

Desnyanski rayonunda xilasedicilər qeyri-yaşayış təyinatlı üçmərtəbəli binada baş verən yanğını söndürüblər. Hücum nəticəsində binanın fasadının bir hissəsi dağılıb, yaxınlıqda park edilmiş avtomobillərə ziyan dəyib. Hadisə yerində bir nəfərin meyiti aşkarlanıb. Həmin rayonda Kiyev metrosunun stansiyalarından birinin də zədələndiyi bildirilir.

banner

Solomenski rayonunda isə 25 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən tibb müəssisəsində yanğın baş verib. Binanın fasadı və pəncərələrinin şüşələri zərər görüb.

Dneprovski rayonunda ballistik zərbələr nəticəsində təhsil müəssisəsinin binasına da ziyan dəyib.

Hazırda hücumun fəsadları ilə bağlı məlumatlar Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin açıqlamasına əsaslanır.

Əlaqəli Yazılar Xüsusi