Ev Hərbi XəbərlərSEPAH ABŞ təyyarələrinə raket zərbəsi endirdiyini iddia edib

SEPAH ABŞ təyyarələrinə raket zərbəsi endirdiyini iddia edib

by Baş Redaktor
12 Baxış

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyanın cənubundakı Əqəbə hava limanında yerləşən ABŞ hərbi təyyarələrinə ballistik raket zərbələri endirdiyini iddia edib.

Army.az xəbər verir ki, bu barədə iyulun 20-də “Press TV” telekanalı məlumat yayıb.

Telekanalın Telegram kanalında dərc olunan məlumata görə, SEPAH ABŞ Silahlı Qüvvələrinə məxsus C-17 və P-8 tipli hərbi təyyarələrin Əqəbə hava limanında ballistik raketlərlə hədəfə alındığını bildirib.

Bununla yanaşı, SEPAH İranın qərb bölgələrində düşmənə məxsus olduğu bildirilən MQ-9 tipli pilotsuz uçuş aparatının da vurulduğunu açıqlayıb.

banner

Əlaqəli Yazılar Xüsusi