Pentaqon Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan təxminən 60 ədəd raket-kəsicinin göndərilməsini gecikdirir.
Army.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, gecikdirilən silahlar arasında Kiyevin müttəfiqlərinin artıq pulunu ödədiyi və Avropa ölkələrinin arsenallarında saxlanılan raketlər də var. ABŞ-ın müdafiə naziri Pit Heqset indiyədək onların Ukraynaya təhvil verilməsinə razılıq verməyib.
Bundan əlavə, Pentaqon Ukraynaya “Patriot” sistemləri üçün raket-kəsiciləri müstəqil istehsal etməyə imkan verəcək ayrıca razılaşma layihəsini də nəzərdən keçirir.
Ukraynalı rəsmilər hesab edirlər ki, Donald Tramp administrasiyası Kiyevi Rusiya ilə ərazi güzəştlərinə razı salmaq üçün hərbi yardımı ləngidir. Pentaqon isə Vaşinqtonun Ukraynaya dəstəklə bağlı siyasətində heç bir dəyişikliyin olmadığını bildirir.
