ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin İranla münaqişə zamanı Vaşinqtona lazımi dəstəyi göstərmədiyini bildirib.
Army.az xəbər verir ki, Tramp bu barədə Nyu-York yaxınlığındakı Nassau dairəsində yerləşən polis akademiyasında çıxışı zamanı danışıb.
O qeyd edib ki, müxtəlif ölkələr çətin vəziyyətə düşdükdə və ABŞ-nin yardımına ehtiyac yarandıqda Vaşinqtona müraciət edirlər.
ABŞ lideri isə bəzi hallarda bu çağırışlara cavab vermədiyini deyib. Trampın sözlərinə görə, bunun səbəbi həmin ölkələrin əvvəlki dövrlərdə ABŞ-yə münasibətdə düzgün davranmaması olub.
O, xüsusilə NATO müttəfiqlərinin İranla qarşıdurma zamanı ABŞ-yə dəstək vermədiyini vurğulayıb. Tramp bildirib ki, Vaşinqton alyans çərçivəsində uzun illər ərzində böyük maliyyə yükü daşıyıb və müttəfiqlərindən dəstək istəyib, lakin onlar buna razı olmayıb.
“Biz bunu unutmamışıq”, – deyə Tramp qeyd edib.
