Fransa hərbçilərindən ibarət kiçik qrupun bir neçə aydır Ukrayna ərazisində fəaliyyət göstərdiyi bildirilir.
Army.az xəbər verir ki, fransalı hərbi mütəxəssislər Ukrayna ordusunun hərbçilərinə təlim keçir, həmçinin hərbi texnikanın texniki xidmətinə dəstək göstərirlər.
Mənbənin sözlərinə görə, fransalı təlimatçılar vaxtaşırı Fransa, Polşa və Ukrayna arasında hərəkət edirlər.
Onların fəaliyyəti yalnız təlim və texniki dəstəklə məhdudlaşır. Bildirilir ki, fransalı hərbçilərin döyüş əməliyyatlarında iştirak etmək və ya silahlı qarşıdurmaya qoşulmaq niyyəti yoxdur.
