Ev DünyaTehran Vaşinqtona şərtlərini açıqladı: “Müharibə tam dayanmalıdır”

Tehran Vaşinqtona şərtlərini açıqladı: “Müharibə tam dayanmalıdır”

by Baş Redaktor
37 Baxış

İran ABŞ ilə müzakirələrdə irəli sürdüyü əsas şərtlərdən biri kimi Yaxın Şərqdə, xüsusilə də Livanda sabitlik və təhlükəsizliyin bərpa olunmasını gündəmə gətirib.

Army.az xəbər verir ki, bu barədə İranın Belarusdakı səfiri Əlirza Sanei məlumat verib.

Diplomat bildirib ki, Tehran üçün prioritet məsələ bölgədə davam edən silahlı qarşıdurmaların tamamilə dayandırılmasıdır:

“İran bütün regionda, o cümlədən Livan ərazisində davamlı sülh və təhlükəsizlik mühitinin formalaşmasını vacib hesab edir. İran uzun müddətdir xarici banklarda bloklanmış maliyyə aktivlərinin geri qaytarılmasını tələb edir. Tehran Vaşinqtonu dənizlərdə tətbiq etdiyi təzyiq siyasətinə və hərbi-dəniz məhdudiyyətlərinə son qoymağa çağırır”.

banner

Diplomat ABŞ prezidenti Donald Trampın İran tankerləri ilə bağlı əvvəlki bəyanatlarını xatırladaraq, Vaşinqtonu İran neftinə qarşı qanunsuz addımlar atmaqda günahlandırıb.

Əlaqəli Yazılar Xüsusi