Ev Hərbi XəbərlərÇindən İrana yüzlərlə hərbi yük daşınıb – WSJ

Çindən İrana yüzlərlə hərbi yük daşınıb – WSJ

by Baş Redaktor
36 Baxış

Çinin cari ilin ilk altı ayı ərzində İrana pilotsuz uçuş aparatları və raket sistemlərində istifadə olunan komponentlərdən ibarət təxminən 1300 hərbi yük göndərdiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, daşınan yüklərdən birini aparan təyyarə ABŞ və İran arasında atəşkəs barədə razılığın əldə olunduğu gün Tehrana enib. Təyyarədə PUA-ların ayrı-ayrı hissələrinin, eləcə də raketlərin idarəetmə sistemlərinin istehsalında istifadə oluna biləcək elektron komponentlərin olduğu qeyd edilir.

“Wall Street Journal”ın yazdığına görə, bundan iki gün sonra İrana daha bir hərbi yük göndərilib. Dəyərinin 6 milyon dollardan çox olduğu bildirilən həmin yükə müxtəlif PUA komponentləri daxil olub.

banner

Əlaqəli Yazılar Xüsusi