Ev Hərbi XəbərlərTehrandan Vaşinqtona sərt mesaj: ABŞ hərbçisinə görə 30 min dollar

Tehrandan Vaşinqtona sərt mesaj: ABŞ hərbçisinə görə 30 min dollar

by Baş Redaktor
169 Baxış

İran ordusunun baş komandanı Əmir Hatəmi ABŞ hərbçilərinin əsir götürülməsi və ya öldürülməsi ilə bağlı pul mükafatı elan edib.

Army.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Son məlumatlarda da Hatəminin hər bir ABŞ hərbçisi üçün 30 min dollar məbləğində mükafat vəd etdiyi bildirilir.

Hatəminin açıqlamasına görə, ABŞ ordusunun hər hansı hərbçisini əsir götürən və ya öldürən şəxsə 30 min dollar ödəniləcək. O bildirib ki, mükafat fondunun maliyyələşdirilməsi İran xalqının vəsaiti hesabına həyata keçiriləcək.

Bu açıqlama İran və ABŞ arasında qarşıdurmanın davam etdiyi bir vaxtda səslənib. Bundan əvvəl İranda ABŞ Prezidenti Donald Trampın öldürülməsi ilə bağlı da müxtəlif mükafat təklifləri irəli sürülmüşdü.

banner

Əlaqəli Yazılar Xüsusi