Ev Hərbi XəbərlərAğ Evdə həyəcan: İranla müharibə bu tarixdə bitəcək

Ağ Evdə həyəcan: İranla müharibə bu tarixdə bitəcək

by Baş Redaktor
30 Baxış

ABŞ administrasiyasında İranla davam edən qarşıdurmanın yaxın zamanda başa çatmayacağı ilə bağlı narahatlıqlar artır.

Army.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli şəxslər Donald Trampa İranın ABŞ-ın təzyiqi və dəniz blokadasına baxmayaraq müqaviməti uzun müddət davam etdirə biləcəyini bildiriblər.

Müzakirələr zamanı münaqişənin hətta Trampın prezidentlik müddətinin sonuna qədər, yəni 2029-cu ilin yanvarınadək uzana biləcəyi ehtimalı nəzərdən keçirilib. ABŞ rəsmiləri belə bir ssenarinin ölkənin hərbi resurslarını tükəndirə və dünya neft bazarında uzunmüddətli problemlərə səbəb ola biləcəyindən ehtiyat edirlər.

banner

Bu arada Pentaqonun Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin mövcudluğunu uzatmağa hazırlaşdığı bildirilir. Bu da Vaşinqtonun bölgədə uzunmüddətli hərbi iştirak ehtimalını nəzərdən keçirdiyini göstərir.

Lakin Trampın ictimai mövqeyi tamamilə fərqlidir. ABŞ Prezidenti müharibənin noyabrda keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çatacağını düşünür. Onun sözlərinə görə, Tehran ABŞ-ın iqtisadi təzyiqinə daha uzun müddət tab gətirə bilməyəcək.

Əlaqəli Yazılar Xüsusi