Ev DünyaHər amerikalıya 5 min dollar: Trampdan sensasion seçki vədi

Hər amerikalıya 5 min dollar: Trampdan sensasion seçki vədi

by Baş Redaktor
43 Baxış

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının noyabrda keçiriləcək aralıq seçkilərində Nümayəndələr Palatası və Senatda mövqelərini qoruyacağı təqdirdə amerikalı yetkin vətəndaşlara 5 min dollar ödəyəcəyini açıqlayıb.

Army.az xəbər verir ki, Tramp bu barədə Texas ştatının Dallas şəhərində keçirilən Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı danışıb.

ABŞ liderinin sözlərinə görə, vəsait ölkənin əldə etdiyi iqtisadi nəticələr hesabına “dividend” formasında ödənilə bilər. O bildirib ki, bunun üçün əsas şərt Respublikaçıların hər iki palatada üstünlüyünü qorumasıdır.

Tramp ödənişin istifadəsi ilə bağlı da məhdudiyyət nəzərdə tutulacağını bildirib. Onun sözlərinə görə, amerikalılara veriləcək 5 min dollar yalnız ABŞ ərazisində xərclənməlidir.

banner

“İstəmərik ki, siz Kanadaya gedib bu pulu orada xərcləyəsiniz. Çinə, Almaniyaya da getməyin. Bu vəsaiti ABŞ-da xərcləməlisiniz”, – Tramp deyib.

Əlaqəli Yazılar Xüsusi