Ev Dünyaİranda Hörmüz boğazı ilə bağlı yeni plan parlamentə təqdim edilib

İranda Hörmüz boğazı ilə bağlı yeni plan parlamentə təqdim edilib

by Baş Redaktor
28 Baxış

İran parlamentində Hörmüz boğazının idarə olunması ilə bağlı yeni plan təqdim edilib.

Army.az xəbər verir ki, bu barədə iranlı deputat Ali Babai Karnameh məlumat verib.

Onun sözlərinə görə, üç maddədən ibarət sənəd qəbul olunarsa, İrana Hörmüz boğazı üzrə iqtisadi, sosial və təhlükəsizlik sahələrində daha geniş səlahiyyətlər veriləcək.

Planın əsas məqsədi boğazda nəqliyyat və fəaliyyətlərin vahid çərçivədə idarə olunması və inteqrasiya olunmuş nəzarət mexanizminin yaradılmasıdır. Hörmüz boğazı qlobal enerji ticarətində ən mühüm marşrutlardan biri hesab olunur.

banner

Məlumatlara görə, bu təşəbbüs Tehran və Vaşinqton arasında aparılan danışıqlar fonunda Hörmüz boğazının əsas müzakirə mövzularından birinə çevrildiyi dövrə təsadüf edir.

Əlaqəli Yazılar Xüsusi