Ev DünyaUkrayna Rusiyada iri logistika mərkəzinə və neft emalı zavoduna zərbə endirib

Ukrayna Rusiyada iri logistika mərkəzinə və neft emalı zavoduna zərbə endirib

by Baş Redaktor
17 Baxış

Ukrayna ordusunun Rusiyanın Tambov və Nijni Novqorod vilayətlərində yerləşən iki mühüm obyektə dronlarla zərbələr endirdiyi bildirilir.

Army.az xəbər verir ki, Tambov vilayətinin Kotovsk şəhərində “Wildberries” şirkətinin böyük logistika mərkəzi hücuma məruz qalıb.

Zərbədən sonra obyektin ərazisində genişmiqyaslı yanğın başlayıb. Regional qubernatorun məlumatına görə, alovun əhatə etdiyi sahə 100 min kvadratmetrdən çox olub. Şirkət isə mərkəzdə yeni məhsul tədarüklərinin qəbulunun dayandırıldığını açıqlayıb.

Bundan başqa, Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoyl-Nijni Novqorodnefteorqsintez” neft emalı zavodunun da dron hücumuna məruz qaldığı barədə məlumat yayılıb. Hadisədən sonra müəssisənin ərazisində güclü yanğın baş verdiyi bildirilir.

banner

Müəssisə Rusiyanın iri neft emalı zavodlarından biri hesab olunur və “Lukoyl” şirkətinə məxsusdur. Zavod avtomobil benzini, dizel və aviasiya yanacağı, həmçinin digər neft məhsulları istehsal edir.

Əlaqəli Yazılar Xüsusi