Rusiya Silahlı Qüvvələrində istifadə olunan FPV tipli pilotsuz uçuş aparatlarının imkanlarının genişləndirildiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, bu dronlar artıq uzaqdan minalama əməliyyatlarında istifadə oluna bilir və daha ağır döyüş sursatlarını havaya qaldırmaq qabiliyyətinə malikdir.
FPV dron bölməsində xidmət edən hərbçilərin sözlərinə görə, əvvəllər təxminən 1,6 kiloqramlıq yük daşıya bilən dronlar indi 7 kiloqrama qədər sursatı havaya qaldıra bilir.
Dronların və döyüş sursatlarının çatdırılması üçün Kuryer pilotsuz yerüstü nəqliyyat vasitəsi adlı yerüstü robot texnikasından istifadə olunur. Bu sistem elektromaqnit tral ilə təchiz edilib.
Bundan əvvəl Rusiya hərbçiləri “Donor” çağırışlı hərbçinin açıqlamasına istinadən bildirmişdi ki, PVH-1 drone pilotsuz aparatı orduda ən çox istifadə olunan dronlardan biridir və müxtəlif döyüş funksiyalarını yerinə yetirə bilir.
