Ev DünyaTrampın 80 illiyi: Qazaxıstandan diqqətçəkən təbrik

Trampın 80 illiyi: Qazaxıstandan diqqətçəkən təbrik

by Baş Redaktor
15 Baxış

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev ABŞ Prezidenti Donald Trampı ad günü münasibətilə təbrik edib.

Army.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Təbrik məktubunda Tokayev ölkəsinin ABŞ ilə genişləndirilmiş strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Qazaxıstan lideri iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etdiyini qeyd edərək, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın müsbət dinamika nümayiş etdirdiyini bildirib.

banner

O, həmçinin Astana ilə Vaşinqton arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də möhkəmlənəcəyinə ümid ifadə edib.

Əlaqəli Yazılar Xüsusi