Ev DünyaZelenskidən Trampa çağırış: “Rusiyaya sərt sanksiyalar tətbiq edin”

Zelenskidən Trampa çağırış: “Rusiyaya sərt sanksiyalar tətbiq edin”

by Baş Redaktor
71 Baxış

Rusiya gecə saatlarında Ukraynanın enerji və kritik infrastrukturuna, o cümlədən Kiyev və Xarkov şəhərlərinə 39 ballistik raket və 120-dən çox hücum dronu ilə zərbələr endirib. Ukrayna Prezidenti Volodimir Zelenski hücumların ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs təşəbbüsünə zidd olduğunu bildirib.

Army.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında danışıb.

Onun sözlərinə görə, atəşkəs çərçivəsində qorunmalı olan enerji obyektləri məhz ballistik raketlərlə hədəfə alınıb.

Ukrayna lideri hücumların məqsədli şəkildə həyata keçirildiyini və genişmiqyaslı xarakter daşıdığını vurğulayıb:

banner

“Rusiyanın ABŞ-yə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməsi indiyədək görünməmiş hadisədir. Rusiya Amerika Prezidentinin bəyanatlarını ciddiyə almır”.

Onun sözlərinə görə, hücumlar nəticəsində ən azı 600 min insan elektrik enerjisiz qalıb. Elektrik kəsintilərinin miqyasının daha da genişlənə biləcəyi istisna olunmur. Zelenski elektrik enerjisi sektorunun 26, neft-qaz kompleksinin isə dörd obyektində avadanlıq və infrastruktura ciddi ziyan dəydiyini qeyd edib.

Ukrayna Prezidenti ABŞ-ni və beynəlxalq ictimaiyyəti hücumlara reaksiya verməyə, Rusiyaya qarşı sərt tədbirlər görməyə çağırıb:

“Rusiya gərginliyin azaldılması fürsətini əldən verdi və bu dağıdıcı müharibəni davam etdirməyi açıq şəkildə seçdi. Prezident Trampdan Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsini xahiş edirik. Xüsusilə, bu yaxınlarda qəbul edilərək imzalanmış mərhum senator Lindsi Qremin qanunu buna imkan verir və müvafiq mexanizmləri müəyyən edir”.

Əlaqəli Yazılar Xüsusi