Türkiyə husilərin mümkün hücumlarına qarşı Səudiyyə Ərəbistanının müdafiə imkanlarının gücləndirilməsinə dəstək verir.
Army.az xəbər verir ki, bu barədə “Reuters”in Türkiyə və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ankaranın dəstəyi müdafiə xarakteri daşıyır və bir neçə istiqaməti əhatə edir.
Əməkdaşlıq çərçivəsində Səudiyyə Ərəbistanına hava hücumundan müdafiə sistemlərinin təqdim edilməsi, pilotsuz uçuş aparatlarının idarə olunması üzrə mütəxəssislərin dəstəyi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə tədbirlərinin təkmilləşdirilməsinə yardım göstərilməsi nəzərdə tutulur.
Məlumata görə, hazırda bu əməkdaşlıq ikitərəfli formatda həyata keçirilir. Bunun əsas səbəblərindən biri Türkiyə parlamentinin Məkkə Paktını hələ ratifikasiya etməməsidir.
