8
Ukrayna Prezidenti Volodimir Zelenski uzun fasilədən sonra ilk dəfə İsrailin Baş naziri Benyamin Netanyahu ilə şəxsi görüş keçirib.
Army.az xəbər verir ki, görüş Vaşinqtonda senator Lindsi Qremlə vida mərasimindən əvvəl baş tutub.
Məlumata görə, liderlər qısa söhbət ediblər. Danışıqların məzmunu açıqlanmasa da, görüşün səmimi atmosferdə keçdiyi, tərəflərin söhbəti əl sıxaraq və gülümsəyərək başa vurduğu bildirilib.