Ev DünyaGözlənilməz diplomatik addım: ABŞ–İran danışıqları bu ölkədə keçiriləcək

Gözlənilməz diplomatik addım: ABŞ–İran danışıqları bu ölkədə keçiriləcək

by Baş Redaktor
54 Baxış

ABŞ və İran nümayəndələrinin çərşənbə günü keçiriləcək danışıqlarda iştirak edəcəyi ehtimal olunur.

Army.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Lakin nə Vaşinqton, nə də Tehran rəsmi şəkildə bu görüşün vaxtını təsdiqləyib. İran dövlət televiziyası isə ölkənin hər hansı rəsmi nümayəndəsinin artıq Pakistanın paytaxtında olması barədə xəbərləri təkzib edib.

Məlumata görə, Pakistan vasitəçiləri bildiriblər ki, əsas danışıqlar heyətinin — ABŞ-ın vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədriMəhəmməd Baqir Qalibaf— çərşənbə günü səhər tezdən İslamabada gələcəyi gözlənilir.

banner

Həmin rəsmilərin anonim qalmaq şərti ilə danışdığı və jurnalistlərə açıqlama vermək səlahiyyətinə malik olmadığı qeyd olunur”, – deyə nəşr bildirib.

Əlaqəli Yazılar Xüsusi