Ev DünyaRusiya və Suriya arasında MÜHÜM RAZILAŞMA: hərbi bazaların taleyi bəlli oldu

Rusiya və Suriya arasında MÜHÜM RAZILAŞMA: hərbi bazaların taleyi bəlli oldu

by Baş Redaktor
69 Baxış

Rusiya ilə Suriya arasında Xmeymim və Tartusdakı Rusiya hərbi obyektlərinin gələcək statusu ilə bağlı anlaşma memorandumu imzalanıb.

Army.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Bildirilib ki, iki ölkə arasında təxminən 1 il 6 ay davam edən danışıqların yekununda Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı ortaq mövqeyə gəlinib.

Suriya Xarici İşlər Nazirliyi əldə olunan razılaşmanı Moskva ilə Dəməşq arasındakı münasibətlər baxımından mühüm addım kimi qiymətləndirib.

banner

“Bu sənəd Rusiya ilə Suriya arasında münasibətlərdə yeni səhifənin açılmasına imkan verəcək”, – nazirlikdən bildirilib

Əlaqəli Yazılar Xüsusi