“Rosatom” İrandakı Buşehr Atom Elektrik Stansiyasında çalışan əməkdaşlarının ölkəyə qaytarılmasına başlayıb.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İlk mərhələdə beş mühəndis-texniki mütəxəssis stansiyaya geri dönüb. Bununla da Buşehr AES-də fəaliyyət göstərən rusiyalı mütəxəssislərin sayı 25 nəfərə çatıb.
Şirkət daha əvvəl İrandan təxliyə edilmiş bütün əməkdaşlarının mümkün qədər qısa müddətdə stansiyaya qaytarılmasını planlaşdırır.
“Rosatom”un rəhbəri Aleksey Lixaçov bildirib ki, təhlükəsizlik şəraiti buna imkan verərsə, şirkətin Buşehr AES-dəki əməkdaşlarının sayının bu ilin payızına qədər 100 nəfərə çatdırılması nəzərdə tutulur.
