İranın ali rəhbəri Müctəba Xameneinin İranın keçmiş prezidenti İbrahim Rəisinin vəfatının ikinci ildönümü münasibətilə mesaj yayımladığı iddia olunub.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.
Xameneinin adından İbrahim Rəisi “məsuliyyətli, ədalət yönümlü, gənclərə açıq, aktiv diplomatiya aparan və xalqla yaxın olan” bir dövlət xadimi kimi təqdim edilib. Bildirilib ki, bu xüsusiyyətlər “İranın dostları və müqavimət xəttini dəstəkləyənlər üçün ruhlandırıcı olub”.
Açıqlamada həmçinin İranın dövlət institutlarına dair fikirlərə yer verilib və rəhbərlikdən icra orqanlarına qədər bütün səviyyələrdə məsuliyyətin artdığı qeyd olunub. Sənəddə ölkənin iqtisadi və sosial problemlərinin həllinə daha ciddi yanaşmanın vacibliyi vurğulanıb.
