İsrail ABŞ-ın vasitəçiliyi ilə Livanla apardığı danışıqlar çərçivəsində beş məhbusu ölkəyə qaytarmağa hazırlaşır.
Army.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, məhbusların bu gün Livana təhvil verilməsi nəzərdə tutulur. Addım Təl-Əvivin “Hizbullah”la qarşıdurmanın dayandırılması istiqamətində aparılan danışıqlar fonunda xoşməramlı jesti kimi qiymətləndirilir.
Tərəflər arasında növbəti görüşün bu ayın sonunda Romada keçirilməsi planlaşdırılır. Danışıqların əsas məqsədlərindən biri İsrail və “Hizbullah” arasında münaqişənin dayandırılması ilə bağlı razılaşmanın əldə olunmasıdır.
