Ev DünyaPutin Rusiyada səfərbərlik iddialarını təkzib etdi

Putin Rusiyada səfərbərlik iddialarını təkzib etdi

by Baş Redaktor
8 Baxış

Rusiyada yeni səfərbərlik elan ediləcəyi ilə bağlı yayılan məlumatlar Rusiya Prezidenti Vladimir Putin tərəfindən təkzib edilib.

Army.az xəbər verir ki, Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı bu xəbərlərin Dövlət Dumasına seçkilər ərəfəsində ictimai rəyi təsirləndirməyə yönəlmiş informasiya kampaniyasının bir hissəsi olduğunu bildirib.

Rusiya lideri hazırda ölkədə əlavə səfərbərliyə ehtiyac yaradan hər hansı vəziyyətin olmadığını vurğulayıb.

“Bu gün səfərbərlik tələb edəcək heç bir ssenari yoxdur. Bu, sadəcə əvvəlcədən düşünülmüş informasiya əməliyyatıdır”, – Putin deyib.

banner

Prezident həmçinin bildirib ki, Rusiya vətəndaşları Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq hərbi xidmətə könüllü şəkildə qoşulurlar.

Putinin sözlərinə görə, hazırda Rusiya ordusunun cəbhə üçün yeni şəxsi heyətin cəlb olunması ilə bağlı ciddi problemi yoxdur.

Əlaqəli Yazılar Xüsusi