Ev DünyaƏrdoğan: Bəzi ölkələr Məkkə Müdafiə İttifaqına səssiz şəkildə qarşı çıxır

Ərdoğan: Bəzi ölkələr Məkkə Müdafiə İttifaqına səssiz şəkildə qarşı çıxır

by Baş Redaktor
30 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkə Müdafiə İttifaqına münasibətdə bəzi ölkələrin mövqeyinin açıq şəkildə ifadə olunmadığını bildirib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ərdoğanın sözlərinə görə, ittifaqa qarşı açıq mövqe nümayiş etdirən dövlətlərin sayı az olsa da, pərdəarxasında narazılıq bildirən ölkələr də var.

Türkiyə lideri qeyd edib ki, xüsusilə Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasındakı mövcud münasibətlər və regional balans digər aktorların ittifaqı açıq şəkildə tənqid etməsini çətinləşdirir.

banner

Ərdoğan vurğulayıb ki, sözügedən birlik regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır.

“Biz qardaşlarımızla əməkdaşlığı daha da gücləndirərək müəyyən etdiyimiz istiqamətdə irəliləməyə davam edəcəyik”, – deyə Türkiyə Prezidenti bildirib.

Əlaqəli Yazılar Xüsusi