Ev Hərbi XəbərlərSoçi limanında partlayış: Rusiya hərbi gəmini hədəf aldı

Soçi limanında partlayış: Rusiya hərbi gəmini hədəf aldı

by Baş Redaktor
15 Baxış

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Soçi limanında yerləşən “Nefrit” çoxməqsədli təminat gəmisinə dron hücumu həyata keçirdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilir ki, pilotsuz uçuş aparatlarının hücumu nəticəsində gəminin olduğu ərazidə güclü partlayış baş verib.

Ukrayna tərəfi zərbənin nəticələri ilə bağlı əlavə təfərrüat açıqlamayıb. Gəminin aldığı zərərin həcmi və mümkün itkilər barədə də məlumat verilməyib.

banner

Əlaqəli Yazılar Xüsusi