Ev TexnologiyaNevadada diqqətçəkən təlim: ABŞ “kamuflyajlı” nüvə partlayışını simulyasiya etdi

Nevadada diqqətçəkən təlim: ABŞ “kamuflyajlı” nüvə partlayışını simulyasiya etdi

by Baş Redaktor
62 Baxış

ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası Nevada ştatındakı poliqonda kamuflyajlı nüvə partlayışını simulyasiya edən təlim keçirib.

Army.az xəbər verir ki, bu barədə TWZ portalı məlumat yayıb.

Nəşr qeyd edir ki, yeraltı partlayışların aşkarlanması onun hansı şəraitdə və hansı dərinlikdə həyata keçirilməsindən asılıdır. Ən çətin müəyyən edilən partlayış növlərindən biri kamuflyajlı partlayış hesab olunur. Bu zaman partlayıcı qurğu yerin dərinliyində yerləşən böyük kameranın daxilində havada işə salınır. Kamera daxilindəki hava təbəqəsi zərbə dalğasının təsirini zəiflədir və ətraf süxurlara ötürülən enerjinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

ABŞ tərəfinin Nevada poliqonunda yeraltı tuneldə keçirdiyi sınağın məqsədi belə partlayışların uzaq məsafədən aşkarlanmasına imkan verən modellərin səmərəliliyini yoxlamaq olub. Bunun üçün nüvə deyil, adi partlayıcı qurğulardan istifadə edilib.

banner

Vaşinqton Pekinin kamuflyajlı nüvə partlayışları həyata keçirdiyini, lakin bunu gizli saxladığını iddia edir. Çin isə bu cür ehtimalları rədd edir.

Sentyabr ayında “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ administrasiyası Çinin nüvə potensialı ilə bağlı aparılan müzakirələr zamanı Pekindən olan danışıqlar qrupuna təzyiq göstərməyə başlayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Vaşinqton Pekindən mümkün nüvə sınaqları ilə bağlı yayılan məlumatlara münasibət bildirməsini tələb edir. Çin tərəfi isə bu iddiaları qəbul etmir.

Əlaqəli Yazılar Xüsusi