Ev Hərbi XəbərlərPaşinyandan hərbçimizlə bağlı yeni TƏFƏRRÜAT: “Nəsimi Musayev xəsarət almışdı və…”

Paşinyandan hərbçimizlə bağlı yeni TƏFƏRRÜAT: “Nəsimi Musayev xəsarət almışdı və…”

by Baş Redaktor
46 Baxış

Ermənistan Baş naziri Nikol Paşinyan azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı yeni açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyan parlamentdə hökumət saatı zamanı müxalifət deputatı Liana Qasparyanın sualını cavablandırarkən hadisənin görüntülərinin olub-olmamasını hazırda dəqiq deyə bilmədiyini bildirib:

“Deyə bilmərəm ki, videoya çəkiliş olub, ya yox. Dəqiqləşdirəcəyəm və əlavə məlumat verəcəyəm. Bir şeyi deyə bilərəm: əlində odlu silah olan azərbaycanlı hərbçi saxlanılarkən müqavimət göstərməyib. Həmçinin onun müəyyən xəsarətləri olub. Ola bilsin ki, konkret görüntülərin yayımlanmamasının səbəbi də budur”.

Əlaqəli Yazılar Xüsusi