ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini ölkədə seçkilər keçirməyə çağırıb. O, müharibənin dəfələrlə razılaşma yolu ilə dayandırıla biləcəyini, lakin Zelenskinin buna getmədiyini iddia edib.
Army.az xəbər verir ki, Tramp jurnalistlərlə söhbətində Rusiya tərəfinin razılaşma əldə etmək istədiyini düşündüyünü bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparılsa da, nəticə əldə olunmayıb.
ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığına da toxunub. Tramp Putinin münaqişənin həllini qətiyyətlə istədiyini deyib. O, həmçinin Rusiyanın dünya bazarına böyük həcmdə neft çıxardığını və bunu aşağı qiymətə etdiyini bildirib.
