Ev DünyaTramp: “TikTok vasitəsilə ölkəmiz üçün 10 milyard dollar qazandım”

Tramp: “TikTok vasitəsilə ölkəmiz üçün 10 milyard dollar qazandım”

by Baş Redaktor
67 Baxış

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Arizonada keçirilən mitinqdə TikTok platformasındakı populyarlığından danışaraq, bu platforma vasitəsilə ölkəsi üçün 10 milyard dollar qazandığını iddia edib.

Army.az xəbər verir ki, Tramp TikTok-da reytinqinin müğənni Teylor Sviftdən yüksək olduğunu da bildirib.

“Teylor Svift 19-cu yerdədir, mən isə birincəyəm. Buna inana bilirsiniz? Həmişə deyirlər ki, TikTok Çinə aiddir. Halbuki mən TikTok-da birinci yerdəyəm və etdiyim yeganə şey ölkəmiz haqqında yaxşı sözlər deməkdir”, – Tramp qeyd edib.

Əlaqəli Yazılar Xüsusi