140
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ölkədə genişmiqyaslı iğtişaşlar başlamazdan cəmi bir neçə saat əvvəl kanadalı müğənni Selin Dionun konsertinə qatılıblar.
Army.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
İstifadəçilər Fransada yanan barrikadaları, talan edilən mağazaları və sındırılan vitrinləri Makronun konsertdə iştirak etdiyi görüntülərlə müqayisə ediblər. Bu ziddiyyət sosial mediada tənqid mövzusuna çevrilib.