149
Yunanıstanın şimal-şərqində yerləşən Pieriya vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki təyyarəçi həyatını itirib.
Army.az xəbər verir ki, bu barədə “ERT-News” telekanalı məlumat yayıb.
Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında aşkarlanıb. Qəza zamanı yanğın baş verməyib.
Hadisə yerinə gələn yanğın-xilasetmə xidmətinin səkkiz əməkdaşı təyyarənin yaxınlığında iki pilotun meyitini tapıb.
Qəzanın səbəbləri araşdırılır.
