Ev DünyaZelenski: “Ukrayna mövcud təmas xətti boyunca atəşkəsə hazırdır”

Zelenski: “Ukrayna mövcud təmas xətti boyunca atəşkəsə hazırdır”

by Baş Redaktor
42 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Rusiya ilə sülh razılaşmasına nail olmağa və döyüşləri hazırkı təmas xətti boyunca dayandırmağa hazır olduğunu bildirib. Bununla yanaşı, o, müvəqqəti işğal altında olan ərazilərin Rusiya ərazisi kimi tanınmasının Ukrayna üçün qəbuledilməz olduğunu vurğulayıb.

Army.az xəbər verir ki, bu barədə Zelenski “ABC News” telekanalına müsahibəsində danışıb.

Sülh razılaşması naminə Ukraynanın ərazisinin 25 faizindən imtina edə biləcəyi ilə bağlı suala cavab verən dövlət başçısı Rusiyanın hazırda Ukrayna torpaqlarının daha kiçik hissəsinə nəzarət etdiyini qeyd edib.

Zelenskinin açıqlaması Kiyevin hərbi əməliyyatların dayandırılması ilə ərazi məsələsində güzəştə getməyi fərqli məsələlər kimi nəzərdən keçirdiyini göstərir.

banner

Əlaqəli Yazılar Xüsusi